Badamdar qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
Rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyev parkında sakinləri qəbul edib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Sakinlər fərdi yaşayış evlərinin sənədləşdirilməsi, dam örtüklərinin dəyişdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi və digər sosial problemlərlə bağlı müraciət ediblər.
Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.
RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara RİH tərəfindən rəsmi müraciətlər ünvanlanmışdır.