Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır.
Bu barədə Bakuplus.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start veriləcək. Qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.