Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. Bu haqda Report bu gün, 3 mart tarixində xəbər verib.
Ramil Musazadə Xətai rayonu, N.Salmani küçəsində yerləşən evə saxta sənəd hazırlayaraq Sücaət Həbibzadəyə 91.000 manata satması ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçən iclasda Ramil Musazadə azadlığa buraxılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzuq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurdu.