Azərbaycanda dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayır. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baxılacaq. Bu gün məhkəmənin hazırlıq iclası keçiriləcək.
F.Əliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Lakin heç bir təfərrüat verilmir.
Onun barəsində olan cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.