Bakı Ağır Cinayətlər Məhkəməsində 3 yeni hakim təyin edilib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Təyin olunmuş hakimlər - Mahirə Kərimova, Fəxri Məmmədov və Anar Sadıqov daha öncə rayon məhkəmələrinin hakimləri kimi fəaliyyət göstəriblər. Mahirə Kərimova Binəqədi, Fəxri Məmmədov Qazax, Anar Sadıqov isə Xaçmaz Rayon Məhkəməsinin hakimi olublar. Artıq onların icraatına cinayət işləri verilib.
Təyinatlar Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərindən birinin vəfat etməsi, üç hakimin isə yaşla bağlı təqaüdə çıxacağı ilə bağlıdır.