Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad olunub. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sözügedən məhkəmənin sədr müavini hakim Əfqan Hacıyev 65 yaşı tamam olduğundan təqaüdə göndərilib.
O, icraatında olan son cinayət işi barəsində məhkəmə prosesini yekunlaşdırdıqdan sonra fəaliyyətini başa vuracaq.
Əfqan Hacıyev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.