Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin olunub.
Azərbaycan Dəmir Yolları xəbər verir ki, sentyabrın 3-dən 6-dək Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri fəaliyyət göstərəcək:
3 və 5 sentyabr:
- Bakı – Ağstafa – 08:00;
- Ağstafa – Bakı – 08:20;
- Bakı – Ağstafa – 09:15;
- Bakı – Ağstafa – 18:00;
- Ağstafa – Bakı – 18:20.
4 və 6 sentyabr:
- Bakı – Ağstafa – 08:00;
- Ağstafa – Bakı – 08:20;
- Ağstafa – Bakı – 15:00;
- Bakı – Ağstafa – 18:00;
- Ağstafa – Bakı – 18:20.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin
saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.