Tovuz stansiyasının fəaliyyəti bərpa olunur. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Adıçəkilən stansiyada aparılan təmir işləri yekunlaşdığından Bakı–Ağstafa–Bakı marşrutu üzrə hərəkət edən qatarların bu stansiyada dayanacağı bərpa edilir.