İyulun 3-dən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hazırda Ağstafadan saat 17:10-da yola düşən qatar 3 iyul tarixindən saat 18:15-də Bakıya yola düşəcək və saat 23:15-də Bakı Dəmir Yolu Vağzalına çatacaq.
Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından onlayn əldə etmək mümkündür.