Heydər Əliyev adına Hava Limanı payız-qış cədvəlinə keçir. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az aeroporta istinadən xəbər verir.
Adıçəkilən mövsümdə Azərbaycan Hava Yolları bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir.
Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 aviaşirkət 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetirəcək.