Bakı aeroportunda yenilik olub. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Belə ki, artıq terminalın parkinq zonasınında sıra üzrə ayrılmış 3-cü xətdə sərnişinləri şəxsi avtomobil və ya taksi vasitəsilə park etmədən limitli zaman çərçivəsində düşürmək mümkün olacaq.
“Əlavə vaxt itirməmək və parkinq yerində saxlamamaq üçün 3-cü xətdən istifadə etməyi unutmayın”, - deyə paylaşımda deyilir.