Toronto-Dehli reysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri digər hava gəmisi ilə təyinat yerinə yola salınıblar. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.
Təyyarə isə ötən gün saat 19:21-də Bakı Hava Limanından Dehli istiqamətində uğurla havaya qalxıb.
Oktyabrın 22-də təyyarənin kapitanı sol mühərrikdə yağ təzyiqinin aşağı olması səbəbindən aeroporta təcili eniş sorğusu göndərib. 22 oktyabr saat 15:58-də “Boeing 777” Bakı Hava Limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin və 16 ekipaj üzvü olub.