Aeroportda ölkəyə qanunsuz qızıl-zinət əşyaları keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı bəyanat vermədən və gömrük rüsumu ödəmədən ölkəyə 1 kiloqram 104 qram qızıl-zinət əşyaları keçirmək istəyib.
Əməlin qarşısı alınaraq vətəndaş rüsumların ödənilməsinə dəvət olunub.