Xəzərdəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi üzrə işlər davam edir. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Əraziyə cəlb olunan texnika 3-cü gündür ki, fasiləsiz işləyir.
Xəzər dənizində, sahildən təqribən 70 km məsafədə "Qərbi Çıraq" platformasının yaxınlığında təchizat gəmisindəki yanğın iyulun 31-də başlayıb. "Maritime Logistics Inc" şirkətinə məxsus olduğu deyilən gəminin işçiləri digər bir gəmiyə təxliyə ediliblər. Gəminin mexanikinin və başqa bir nəfərin yanıq xəsarətləri aldığı bildirilir.