Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Məhdudiyyət 30 iyul saat 09:00-dan etibarən 00:00-a qədər davam edəcək.
Sürücülərdən nəzərə almaları xahiş olunur.