Bakı – Şamaxı yoluna yeni radarlar quraşdırılıb. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, sözügedən yolun 21-ci km-də yeni növ radar sistemi quraşdırılıb. Xüsusiyyət isə ondan ibarətdir ki, burada elektron lövhələr var. Həmin lövhələrdə isə konkret sürət həddi və avtomobilin nömrəsi, eləcə də onun aşdığı sürət həddi göstərilir.
Bu yeniliklər sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Onlar ən çox radarların çoxluğundan şikayət edirlər.
“Hamısı artıq şeydir. Onsuz hamı bilir ki, burada radar çoxdur və sürət həddi 60-dır”, – deyə sürücülərdən biri bildirib.