Bakıdan Şarm Əl-Şeyxə birbaşa uçmaq mümkün olacaq. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Mart ayından etibarən Bakı - Şarm Əl-Şeyx reysləri açılacaq. “Boeing 757-200” təyyarələri ilə təşkil olunacaq uçuşlar 3,5 saat davam edəcək.
Qeyd olunan istiqamətdə reyslər 2019-cu ilin yayında "SCAT Airlines" aviaşirkəti tərəfindən həyata keçirilirdi. Daha sonra pandemiya səbəbindən uçuşlar dayandırılmışdır.