“ASAN” mərkəzləri bayram günlərinə olan cədvəllərini təqdim ediblər. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
20-26 mart tarixlərində bütün mərkəzlərdə qeyri-iş günü olacaq. 27 mart tarixindən etibarən müəssisələr fəaliyyətlərini bərpa edəcəklər. “ASAN kommunal” mərkəzlərində 27 mart - qeyri iş günüdür.
20 mart tarixində vətəndaşlar şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətləri üzrə yalnız hazır sənədlərin verilməsi xidmətindən yararlana bilərlər.