top
Bakı Atlantidası: sualtı şəhərin əfsanəsi
30 avqust 2024, 11:00
- ↺ +

Bakı Atlantidası: sualtı şəhərin əfsanəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı buxtasının cənub-qərb hissəsində, sahildən 250 metr məsafədə, kiçik bir adada, orta əsr tikilisinin qalıqları var. Bayıl yaşayış sahəsinin yaxınlığındakı adada yerləşən bu abidəni həmin yerin adına uyğun olaraq “Bayıl qəsri” yaxud “Səbayıl” (fars dilindən “Bayıl daşları”) adlandırmışlar.

1939-1969-cü illərin arxeoloji tədqiqatları nəticəsində, suyun altından 700-ə yaxın kitabə çıxarılmışdır. Bu kitabələrdən qalanın inşaat tarixini – hicri 632-ci il (1232-1235-ci illər), və memar Zeynəddin bin Əbu Rəşid Şirvaninin adını təyin etmək mümkündür. Qız qalasından gedən yeraltı yollardan biri bu qalaya çıxırdı. Alimlərin fikrincə, qala 1306–cı ildə baş verən güclü zəlzələ nəticəsində dağılmış və suyun altında qalmışdır.

XVII əsrdə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən, qalanın qalıqları su səviyyəsindən yuxarı idi və onun forması haqqında təsəvvür yaradırdı. Qəsrin uzunluğu 200 metrə yaxın, eni isə 34 metr idi. Abidənin 15 qülləsi var idi.

Sualtı quruluşun ilk yazılı təsvirini 1723-cü ildə Bakı buxtasını ziyarət edən rus dənizçisi İvan Soimonov verir. Onun sözlərinə görə, bu tikili qədim zamanlarda karvansaray idi. Lakin başqa versiyalar da mövcuddur. Bəziləri, qalanın keçmişdə liman kimi fəaliyyət göstərdiyini iddia edir. Bəziləri isə, divarların qalınlığını 1,4-1,75 metr və çox sayda qüllənin olmasını nəzərə alaraq, bu binanı müdafiə qalalarının sırasına aid edirlər.

Burada suyun altından çıxarılmış kitabələrin xüsusiyyəti ondadır ki, onların müsəlman abidəsi olduğuna baxmayaraq, üzərində insanların və heyvanların şəkilləri təsvir olunub. Bayıl qəsrinin daş kitabələrində tədqiqatçılar 15 Şirvanşahın adını və 10-dan çox üz təsvirini tapmışdılar. Onların arasında, qəsrin tikintisi zamanı Şirvanşahların hökmdarı olan III Fəribürzün də şəkli var. 1939–cu ildə burada tapılmış mis pulların üzərində Şirvanşah Güştasp Fərruxzadənin də adı yazılmışdır.

Hal-hazırda, kitabələr Azərbaycan Tarix Muzeyində və Şirvanşahlar sarayında saxlanılır. Abidə 2001-ci ildə UNESCO Ehtiyat Siyahısına daxil edilmişdir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər