Bakı Avtovağzalı gücləndirilmiş iş rejimində işləyəcək. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bayram günləri ilə əlaqədar sərnişin axınını nəzərə alaraq Bakıda və ölkənin digər regionlarında avtovağzallar 14-19 iyun tarixlərində gücləndirilmiş iş rejimində işləyəcəklər.
Bununla bağlı marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin biletim.az portalından onlayn qaydada əldə edə bilərlər.