Avtovağzal kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az xəbər verir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sabir Bilalov istefa verib. Bu haqda o, öz sosial şəbəkə səhifəsində açıqlama verib.
“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsindən öz istəyimlə ayrıldım. Qurumun fəaliyyəti ilə bağlı sualları və sorğuları artıq mən cavablandırmıram. Xahiş edirəm, nəzərə alasınız”, – deyə paylaşımda qeyd olunub.
S.Bilalov sözügedən vəzifəyə ötən ilin iyun ayında təyin edilmişdi.