Bakı dünyanın “İdman paytaxtı” seçilib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. Bununla bağlı beynəlxalq təşkilat rəsmi məktub göndərib.
Gələn ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.