Nəqliyyat könüllüləri Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında təşkil etdiyi nizamlanan piyada keçidində düyməli işıqfordan istifadə qaydaları haqqında piyadaları məlumatlandırır. Bu baradə bu gün, 4 noyabr tarixində qurumun rəsmi Facebook səhifəsində məlumat yayılıb.
Artıq üç gündür ki, könüllülər səhər, günorta və axşam pik saatlarında piyadaları yaradılmış piyada keçidindən düzgün istifadə etməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Bundan əvvəl Nəqliyyat könüllüləri Bakı sakinləri üçün güzəştli kartların layihəsini təqdim etmişdirlər.
[URIS id=12857]