Bakı Beynəlxalq Avtovağzalı online bilet satışında yenilik edib. Bu haqda 8 oktyabr tarixində avtovagzal.az saytında məlumat verilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşların xahiş ilə onlayn bilet sifarişinin cari gündə yola düşən reyslərədə aid olacaq. Əvvəl yalnız növbəti 10 günə gediş bileti sifariş eləmək olurdu, indi isə vətəndaşlar bu günə də gediş bileti sifariş edə biləcəklər.
Gediş bileti sifariş edilərkən, sərnişinin avtovağzala gəlib çatması və digər faktorları nəzərə alaraq istifadəçiyə seçim üçün növbəti 3 saatdan sonrakı müntəzəm reyslər təqdim edilir.