Dənizkənarı Milli Parkda dekorativ ağacları qorumaq üçün kameralar quraşdırılır. Bu haqda Bakuplus.az 4 iyul tarixində Oxu.Az-a istinadən məlumat verir.
“Dənizkənarı Bulvar İdarəsi öz səlahiyyəti çərçivəsində mümkün olan bütün addımları atır. Həmin nöqtədə əlavə təhlükəsizlik kameraları yerləşdirilir. Mütəmadi olaraq kameraya baxış keçirilir. Hadisə baş verən zaman da kameralara baxış keçirdik. Hüquq-mühafizə orqanlarına məlumat verdik”, - deyə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib.
Mehdiyəva, həmçinin bildirib ki, ərazi böyük olduğu üçün nəzarətçilər bir yerdə dayana bilməzlər. Mətbuat katibi bu kimi məsələlərə biganə olmayıb dərhal ictimailəşdirən vətəndaşlara təşəkkürünü bildirib.