Dənizkənarı parkda gəmi gəzintiləri ilə bağlı işlər aparılır.
Qafqazinfo xəbər verir ki, son günlər Bakı bulvarında məşhur “Mirvari” gəmisi yenidən görünməyə başlayıb.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məsələ ilə bağlı bildirib ki, artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlər görülür.
“Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirildi və buna uyğun marşrut xətləri müəyyənləşdirildi. Eyni zamanda “Mirvari” gəmisində təmir və renovasiya işləri aparıldı.”.
O, yaxın vaxtlarda bulvarda gəmi gəzintisinin yenidən bərpa ediləcəyini qeyd edib.