Bakı bulvarında konsert keçiriləcək. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Dənizkənarı Milli Parkda musiqili konsert təşkil olunacaq. Hazırda Saat qülləsi yaxınlığında səhnə quraşdırılır.
Tədbir 10 may saat 20:00-da başlayacaq. Sonda atəşfəşanlıq baş tutacaq.