Bakıdakı Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında 8 Noyabr – Zəfər Günü ilə bağlı böyük konsert təşkil olunub. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan estradasının ulduzları konsert proqramı ilə çıxış ediblər. Proqramın ardınca atəşfəşanlıq təşkil olunub.
Konserti minlərlə insan izləyib.