Bakı Dövlət Sirki də öz fəaliyyətində Zəfər Gününə yer ayırıb. Orada “Dəmir yumruq” adlı kompozisiya təqdim edilib.
Kompozisiyada əlində şəmşir, məşəl tutan cəngavərləri əks etdirən aktyorlar, vətənin keşiyində daim ayıq-sayıq duran və zirehli dəbilqələrində daha əzəmətli görünən döyüşçülərimizin düşmən üzərinə hücuma keçərək zəfər çaldıqları anları tamaşaçıların gözü qarşısında nümayiş etdiriblər.
Videonu Bakı Dövlət Sirkinin Youtube kanalında izləmək olar.