Bakı Dövlət Universiteti beynəlxalq reytinqdə irəliləyib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
“Round University Ranking” Beynəlxalq Reytinq Agentliyi 2024-cü il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb. Bakı Dövlət Universiteti (BDU) açıqlanan reytinq siyahısında 80 pillə irəliləyərək 1042-ci yerdən 962-ci yerə qalxıb. Eləcə də BDU RUR reytinq siyahısında tədqiqatın keyfiyyəti parametri üzrə ölkədə birinci yerdə qərarlaşıb.
RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40%), tədqiqatın keyfiyyəti (40%), beynəlmiləlləşmə (10%) və maliyyə dayanıqlılığı (10%) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.