Bakı Dövlət Universitetinin tələbələri dünya miqyasında uğur qazanıblar. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Bakı Dövlət Universiteti (BDU) dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində uğur qazanıb.
Belə ki, təhsil ocağının adından iştirak edən 7 komandanın hər biri qalib olub. 2 komanda (“85 Games Studio” və “Humantek”) yarışmada I, 2 komanda (“Bilig” və “Bradenburg”) II, 3 komanda isə (“AiTech Group”, “QuantumTech” və “TechTitans”) III yerə layiq görülüb.
Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıb.