BDU-nun Hüquq fakültəsinin SABAH qrupları tələbəsi Kənan Abdiyev dünyanın 13 nüfuzlu ölkəsinin qabaqcıl universitetlərində magistr dərəcəsi üzrə təhsil almaq hüququ əldə edib. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az xəbər verir.
Kənan Abdiyevin seçimi ABŞ-ın Maryland Universitetinin Dövlət İdarəetməsi ixtisasının İctimai Siyasət("UMD School of Public Policy") proqramı olub.
Kənan təhsilini Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-da davam etdirəcək.