1 noyabr tarixindən bu günə qədər 49 nəfər zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edib. Bu haqda 17 noyabr tarixində tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
Zəhərlənmələrin 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidəndir.
Onlardan 3-ü dünyasını dəyişib: 1 nəfər qidadan(pomidor turşusu), 1 nəfər sirkədən, 1 nəfər isə spirtli içkidən.