Bakıda məşhur restoranlar sökülə bilər. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Təbriz küçəsində yerləşən “Çanaqqala” və “Şuşa” restoranlarının söküləcəyi barədə məlumat yayılıb. Yeni plana əsasən, iaşə obyektlərinin ərazisində yaşıllıq zonası salınacağı iddia edilir.
Obyekt sahiblərindən biri məsələdən xəbərdar olduğunu və ilin sonuna qədər fəaliyyətlərini dayandıracaqlarını deyib. Bakı şəhər İcra Hakimiyyəti məsələdən xəbərsiz olduğunu bildirib.