19 noyabrdan Bakıda 2 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib. Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Dəyişikliyə əsasən, 2 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək. Nəticədə 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında yaşayan vətəndaşlar metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə edə biləcəklər.