Bakıda ana 2 yaşlı körpəsini atıb gedib. Bu haqda Lent.az xəbər verib.
Qadın və Uşaq Sığınacağına yara izləri ilə gətirilən 2 yaşlı körpəni anası atıb gedib. Atası isə narkotik istifadəçisi olduğundan, körpə nəzarətsiz qalıb. Baxımsızlıqdan azyaşlının bədənində yara izləri əmələ gəlib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi araşdırma aparır.