Bakıda 2022-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatın təqvimi açıqlanıb. Bu barədə Sky Sports saytı məlumat verib.
Çempionat 23 yarışdan ibarət olacaq və fərqli şəhərlərdə keçiriləcək. Mövsümün martın ortalarında başlayacağını və noyabrın ortalarında bitəcəyini gözlənilir. Bakida isə Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.
Qeyd edək ki, ilk dəfə Bakıda Formula 1 Avropa Qran Prisi 2016-cı ildə keçirilmişdir.