TƏBİB-in tabeliyində olan təcili tibbi yardımlara yay mövsümü başlayandan Bakıda 23 nəfər günvurma ilə bağlı müraciət edib. Bu barədə bu gün, 10 iyul tarixində TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 9-u xəstəxanaya yerləşdirilib, 14-nə yerindəcə yardım göstərilib. Müraciət edənlərin 17-si kişi, 6-sı isə qadın olub.