Bakıda havanın temperaturu isti olaraq qalır. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
26 aprel tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17, gündüz isə 24-29 dərəcə isti olacaq.