Biləcəri qəsəbəsindən keçən 3 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar 83, 91 və 92 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Təmir işləri bitdikdən sonra onlar əvvəlki marşrut üzrə hərəkətə davam edəcəklər.