Cari il Bakıda açılan iş yerlərinin sayı məlum olub. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Cari ilin I rübündə paytaxtda 18.000 yeni iş yeri yaradılıb. Bu, ötən illə müaqyisəsə 22,8% çoxdur. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin I rübündə Bakıda 2279 yeni müəssisə və təşkilat, 4156 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 30%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 25% azalıb.