Bakıda gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
14 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz isə 31-36 dərəcə isti olacaq.