Bakıda itkin düşən 36 yaşlı kişi axtarılır. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
26 yaşlı Sultan Nəsrullayev 24 fevral tarixində günorta saatlarında evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. S.Nəsrullayevin əqli cəhətdən problemi var. O, evdən çıxan zaman əynində yaşıl rəngli üst geyimi və idman şalvarı olub.
Hazırda onun axtarışları davam edir. Onu görənlərdən 055 852 41 86 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.