Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
18 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26, gündüz isə 32-37 dərəcə isti olacaq.