Bakıda gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
10 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz isə 32-37 dərəcə isti olacaq.