Bakıda hava şəraiti barədə məlumat verilib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
6 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz isə 31-36 dərəcə, bəzi yerlərdə 38 dərəcə isti olacaq.