Bakıda hava isti keçəcək. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
6 avqust tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26, gündüz isə 33-38 dərəcə isti olacaq.