Bakının 3D xəritəsi olacaq. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
“3D mobil xəritə” sistemi vasitəsilə yollar barədə məlumat almaq mümkün olacaq. Belə ki, hansı ərazidə sıxlıq, qəza olduğu, hansı yolla daha tez mənzilbaşına çatmağın mümkünlüyü kimi məlumatlar veriləcək.
“Düzdür, həmin proqramlar var. Bizim üstünlüyümüz o olacaq ki, yolda qəza və ya texniki nasazlıq olacağı halda onu mobil tətbiqə daha tez daxil edə biləcəyik. Yəni bunu sıxlıq yaranan kimi görəcəyik. İndi istifadə olunan proqramlarda əvvəlcə həmin ərazi xəritədə qızarır, sonra görə bilirsiniz. Amma 3D xəritədə bunları daha operativ və dəqiq görə biləcəyik”, – deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev bildirib.
[caption id="attachment_115265" align="alignnone" width="640"]
Foto Azərtac.az saytı[/caption]