Bakıda bir sıra avtobusların marşrutu dəyişdirilib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 5 iyul saat 22:00-dək Mikayıl Müşfiq küçəsində, Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Bununla bağlı 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq, Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.