Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
10 avqust tarixində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən, yağmursuz hava gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz isə 38-40 dərəcə isti olacaq.